Fevralın 3-də keçirilən aksiya barədə işçi hərəkatı fəalları məlumat yayıb.
Rabitə Nazirliyinin yerli şöbəsinin qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, son üç ildə təqaüdçülərin eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.