Tehranın Evin, Ərdəbil, Urmu və Təbrizin zindanlarında məhkumluqlarını keçirən Güney Azərbaycanın siyasi məhbuslarının ən son vəziyyətini bildiririk.
Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani 1397-ci ilin Dey ayının 25-də Təbrizin İnqiab Məhkəməsinin İkinci Şöbəsində qanuna zidd bir əməliyyatla oğurlanıb Ərdəbilin Zindanına aparılmışdır. Tərəfsiz olmayan məhkəmədə ona qarşı pərvəndə quraşdırılmaqla 15 ilədək təziri həbs, 2 ilədək Yəzdə sürgün siyasi hökmü çıxarılıb məhkum olunub.
Cənab Abbas Lisani, Ərdəbilin Zindanında bel diski, yüksək qan fişarına tutulub, əmniyyət orqanlarının müdaxiləsi ilə zindanın məsulları onun cismi sağlamlığına ciddi yanaşmayıblar.
Ərdəbil Zindanının 7-ci Bəndində saxlanılan bu fəalın ən yeni durumu belədir ki, 1400-cü ilin Tir ayının 3-ü yoxlama və ürək eko müayinəsi olunması üçün Ərdəbilin İmam Əli adına Kilinikə aparılmışdır.
Zindanda məhbus Güney Azərbaycanın mədəni fəalı Əlirza Fərşi İranda türklərin anadili hüququnu tələb etməyə, eləcə Azərbaycanın kəndlərində türkcə kitabevi təsis etdiyinə görə dəfələrlə işkəncə və uzunmüddətli həbsə məruz qalıb. 2 illik məhkumluğunu Tehranda keçirən cənab Fərşiyə qarşı başqa bir pərvəndə açılıb və tehranın İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin hökmü ilə 4 il 2 ayadək təziri həbsə, 2 ilədək siyasi birləşmələrə və qruplara üzv olmağa qadağa cəzasına, habelə Tehranın Zibillərini toplama Sazimanında icbari işləməyə məhkum olunub. Ona qarşı çıxarılmış hökm eynisi ilə Tehran Əyaləti Təcdid Nəzər Məhkəməsinin 36-cı şöbəsində təyid olunub.
Cənab Fərşi bir müddətdir qanda şəkər mərizliyinə, görmə qabiliyyətini itirmə, sol gözünün irinləməsi və sağ əlinin keyiməsindən əziyət çəkərək göz qərniyəsini cərrahi etdirməyə kəskin ehtiyacı vardır.
Zindanda uyğun olmayan şərait, eləcə də münasib yeyinti ilə təmin olmamaq, cənab Fərşinin qan şəkərinin artmasına və diabet mərizliyinə tutumasına səbəb olub, və zindanın məhkəmə-əmniyyət məsulları ona müalicə xitmətləri təmin etməyib, habelə uzamn müayinəsi üçün mürəxəsiyə göndərilməsinə icazə verilməyibdir. Bu məsələlərlə bağlı İnsan haqları müdafiəçilərin və Güney Azərbaycan cəmiyyətində ciddi nigaranlıq artıb. Sonuncu dəfə, 18 insan haqları təşkilatları, 1400-cü ilin Tir ayının 25-i, ortaq bir bəyaniyyə verməklə bu mədəni fəalın azadlığa buraxılmasını tələb ediblər.
Güney Azərbaycanlı şair, yazıçı və siyasi fəal Siamək Mirzai, öncəki həbs müddətində açılmış pərvəndə üzrə “aclıq keçirməklə nizama qarşı təbliğ” ittihamı ilə məhkum olunduğu 1 illik həbsini 1399-cu ilin Dey ayının 8-dən çəkmək üçün Ərdəbildə tutuqlanıb, Tehranın Evin Zindanını 8-ci Bəndinə aparılıbdır.
Cənab Mirzai, ötən illərdə milli və mədəni fəaliyyətlərinə görə, ittilaat qurumları onu dəfələrlə tutmuş və keyfəri məkumluğa məruz qoyub. Öncəki pərvəndəsində Evin Zindanında 3 ilədək həbs çəkdiyindən sonra bədəvi məhkəmənin çıxardığı hökmlə 4 ilədək təziri həbsə məhkum olunaraq həmin hökm Batı Azərbaycanın Təcdid Nəzər Məhkəməsinin 13-cü Şöbəsində 1 ilə endirilmişdir.
Tehranın Evin Zindanın 4-cü Bəndində saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi 1400-cü ilin Tir ayının 28-i Təbriz Vilayətində əmniyyət məmurları tərəfindnə tutuqlanıb və Evin Zindanına aparılmışdır.
Cənab Əkbər Nəimi, Tehran şəhəri İnqilab Məhkəməsinin hökmü ilə “qanunsuz qruplara üzvlük”, “ölkənin əmniyyətinə qarşı toplaşma və iş birliyi” və “İran islam Cümhuriyyəti sisteminə müxalif qrupların xeyrinə təbliğ” ittihamları ilə, 5 il, 4 il və 8 ay olmaqla toplam 9 il 8 ay təziri həbsə və artıqlama cəza olaraq “ölkədən çıxmağa 2 ilədək qadağa, siyasi və ictimai birləşmələrə və qruplara üzvlüyə qadağa”, habelə “təfrəqə salan istemar siyasəti mövzusunda 90 səhifədən ibarət əlyazma araşdırma hazırlamaqla irqçılığı tərvic etdirmək, İslami Ümmətin ağıl və şəri vəhdətini pozmaq barədə İrşad vəzirliyindən mücəvviz verilən kitaba hər 2 səhifədə bir referens əlavə etmək” cəzasına məhkum olunub. bu hökmlər eynisi ilə Tehran Əyaləti Təcdid Nəzər Məhkəməsinin 36-cı şöbəsində təyid olunub saxlanılıbdır və cürmləri Birləşdirmə Qanunu nəzərə almaqla həmin hökmün 5 ili icra olunması və qəti olduğu bildirilib.
Güney Azərbaycanlı mili-mədəni fəallar Rza və Əli Vasiqi qardaşları, 1399-cu ilin Xurdad ayının 21-i öz iş yerlərində, tutuqlama hökmü olmadan döyülüb söyülərək tutuqlanıblar. Xurdad ayının 27-i, 1 həftə sonra hərəsinə 110 milyon tümən dəyərində vəsiqə qoyuluşu ilə müvəqqəti azadlığa buraxılıbar. Azad olandan sonra döyüldüklərini bildirən onların şəkiləri məcazi məkanda paylaşılıb.
Vasiqi qardaşları 1399-cu ilin Mehr ayının 14-ü Ərdəbil İnqilab və Təcdid Nəzər Məhkəməsinin Birinci Şöbəsi tərəfindən “şəbnamə çap etdirməklə və Nizama qarşı təbliğ fəaliyyəti yolu ilə ölkənin əmniyyətinə qarşı cürm törətməyə iş birliyi” itithamı ilə hərəsi 2 ilədək təziri həbsə məhkum olunmuşdur.
Bu iki məhbusun ən yeni durumu belədir ki, Əli Vasiqi 1400-cü ilin Tir ayının 24-ü mürəxəsisi bitməklə 2 illik məhkumluğunu keçirməyə Ərdəbil Zindanına qayıtmalı olub və Rza Vasiqi 1400-cü ilin Xurdad ayının 11-i iki həftəlik mürəxəsisi bitməklə zindana qayıtmalı olub.
Güney Azərbaycanlı Davud və Əyyub Şiri qardaşları 6 aylıq məhkumluq müddətini keçirməyə hazırda Təbrizin Mərkəzi Zindanının 12-ci Bəndində saxlanılırlar. Bu fəallar 1400-cü ilin Xurdad ayının 22-i, Hökmlərin İcrası Şöbəsinə müraciət edərək tutuqlanıb və Təbrizin Mərkəzi Zindanına aparılıblar.
Onlar çağırlıb və “milli əmniyyəti pozmağa qanunsuz qrup təşkil etmək” ittihamı ilə 1400-cü ilin Tir ayının 5-i Təbriz Vilayəti Ümumi və İnqilab Məhkəməsinin 16-cı Bazporsluq Şöbəsinə aparılıb və yeni pərvəndələri üzrə 100 milyon tümən dəyərində vəsiqə qərarı çıxarılmışdır.
Onlar barədə ən son bilgilərə görə, onlara mürəxəsi verilməsinə Zindana Nəzarətçi dadyar qarşı çıxıb.
Güney Azərbaycanlı milli-mədəni fəal Batı Azərbaycanın Urmu Vilayətinin sakini Salar Tahir Əfşar 1400-cü ilin Fərvərdin ayının 30-u atası evində məhkəmə zabitləri tərəfindnə tutuqlanmış və 1 illik təziri hökmünü keçirməyə Urmunun Mərkəzi Zindanın aparılıbdır. Ona, 1400-cü ilin Tir ayının 28-i elektronik ayaq qandalı ilə icazə verilibdir ki, qalan həbs müddətini evində keçirə bilər.
Evin Zindanının 4 və 8-ci bəndlərində saxlanılan iki Güney azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini və Kianuş Əslani Qoca Bəyli 1397-ci ilin İsfənd ayının 1-i Tehranın inqilab meydanında tutuqlanmış və 98-ci ilin Tir ayının 2-i Tehranın İnqilab Məhkəməsində mühakimə olunmuşlar. Məhkəmənin hökmü ilə cənab Əmir Əmini 9 ilədək təziri həbsə məhkum olunub.
Bu hökm 98-ci ilin Bəhmən ayında 7 il 6 aya endirilib və nəhayət Cəzaların Azaldılması Qanununa əsasən 5 ilə endirlib.
Cənab Kianuş Əslani 5 il həbs və 2 ilədək siyasi birləşmələrə və qruplara üzvlük qadağasına məhkum olunub.
Əmir Əmini bu ilin Xordad ayının 3-ü və Əslani Ordibehişt ayının 25-i 5 illik həblərinin qalanını keçirməyə Evin Zindanına qayıtmalı olublar.
Behnam Şeyxi, Əlirza Fərşi ilə birgə 1394-cü ildə Dünya Ana Dili Günü mərasimində tutuqlananlar sırasında olaraq 2 il təziri həbsə və 2 ilədək Məscid Süleyman Vilayətinə sürgün edilməyə məhkum olunmuşdur.
Baharistan Vilayətinin Hökmlərin İcrası Vahidi, Behnam Şeyxini 99-cu ilin Tir ayının 31 tutuqlanıb və ona məhkumluğun icrası üçün Evin Zindanına aparılıb. O 1400-cü ilin Xurdad ayının 25-i 3 günlük mürəxəsiyə göndərilib, sonra isə mürəxəsisi uzadılib.