
GÜNEY AZƏRBAYCANIN QIZIL MƏDƏNLƏRİNİN DÖVLƏT TƏRƏFİNDƏN TALANMASI DAVAM EDİR.
Azərbaycanın ən önəmli mədənlərindən biri 2015-ci ildə istifadəyə verilən Qürvə, Sarı günü qızıl mədənidir və hazırda illik 5 tona yaxın xalis qızıl hasilatı ilə Azərbaycanın ən böyük qızıl istehsalçılarından biridir.
Baharlı kənd şurasının üzvü Mustafa Əhmədi jurnalistlərə deyib: “Ekoloji məsələlərdə şəffaflıq mədən ətrafındakı kənd sakinlərinin əsas tələblərindən biridir, amma təəssüf ki, bu mədənin mwdiri bununla bağlı heç bir ayd;nl;q g’tirmir” . O əlavə etdi: “Biz Daşkəsən kəndinin camaatının vəziyyəti ilə bağlı mətbuat vasitəsilə dəfələrlə müsahibələr aparmışıq”. Kənddə 23 ölüm qeydə alınıb, onlardan 11-i saratandan olub.
Qızılın olduğu yerdə arsen, silisium, qurğuşun, ci:və, sink və kükürd kimi zəhərli və ağır metallar bölgə əhalisinə pis təsir göstərir.