Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güney Azərbaycanın mədəni sərvətləri yox olmaq təhlükəsi ilə üz-üzədir: məmurlar lazımi tədbirlərə məhəl qoymurlar

Söhbət Ərdəbildən 65 kilometr və Xiyavdan (farsca – Meşkinşəhr) 31 kilometr şərqdəki Qarasu çayı kənarında yerləşən Şəhəryeri olaraq tanıdan qədim bölgədən gedir.

Qoşa Təpə, Hərbi Qala və Ağızsız İnsanlar heykəllər hissəsinə bölünmüş 400 hektarlıq ərazi tarixi 8 min il öncəyə söykənən tarixi məntəqədir.

Güney Azərbaycanın tarixi irsini təcəssüm etdirən qədim petroqliflər bölgənin mədəni irsi ilə məşğul olan məmurların fəaliyyətsizliyi ucbatından məhv olmaq ərəfəsindədir. Mədəniyyət xadimlərinin və ictimaiyyətin illərdir etirazlarına baxmayaraq, hakimiyyət bu nadir artefaktları qorumaq üçün hələ də təsirli tədbirlər görməyib.

Şəhəryeri ərazisində yerləşən petroqliflər Ərdəbilin isti yay günəşi və sərt qışının təsirinə məruz qalır. Qismən bərpa etmək üçün kiçik cəhdlərə baxmayaraq, onların bir çoxu artıq çatlamışdır. Mütəxəssislər qeyd edirlər ki, istifadə edilən mühafizə üsulları qeyri-kafidir və standartlara cavab vermir, bu da petroqlifləri təbii amillərə və insan təsirinə qarşı həssas edir.

Güney Azərbaycanın mədəni irsinə diqqət yetirilməməsi gələcək nəsillərin öz köklərini öyrənmək imkanlarını pozmaqla yanaşı, nadir mədəni nailiyyətlərin yaddaşını da təhlükə altına qoyur. Fəallar çox gec olmadan petroqlifləri qorumaq və bərpa etmək üçün hökuməti təcili müdaxiləyə və konkret tədbirlər görməyə çağırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button