Azərbaycanİran

Güney Azərbaycanın digər bir fəalı saxlanılıb

Güney Azərbaycan milli hərkatının fəalı Mürtəza Pərvin Cüda bu gün səhər Ərdəbil şəhərində atasının evindən təhlükəsizlik idarəsinə aparılıb.

Təhlükəsizlik məmurları 4 mülki avtomobillə fevralın 6-sı səhər fəalın atasının evinə daxil olublar. Onlar mənzildə axtarış aparandan sonra Mürtəza Pərvinin şəxsi əşyaları, o cümlədən mobil telefonu və oxuduğu kitabları müsadirə edərək onu idarəyə aparıblar. Onun hansı ittihamla saxlanıldığı barədə məlumat verilməyib.

Bundan əvvəl güneyli fəal mədəniyyət və incəsənət sahələrində fəaliyyətlərinə görə dəfələrlə şəhərin təhlükəsizlik idarəsinə çağırılıb, hədələnib və həbs olunub.

#GuneyAzerbaycan #millifeal

Related Articles

Bir cavab yazın

Back to top button