Mədəni fəallar Azərbaycan dilində nağıl kitabları ilə yanaşı, ibtidayi məktəb şagirdlərinə məktəb ləvazimatları hədiyyə ediblər.
Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.