Polis komandanlığının sosial media hesabında edilən paylaşımda təbrizlilərdən Urmiya gölünün bərpası ilə içməli suyun verilişi arasında seçim etmələri tələb olunur.
“Urmu gölü, yoxsa Təbrizdə içməli su? Urmu gölünün illik su payının 51%-i, Təbrizin içməli suyunun isə 55%-i Zərrindərud çayından təmin olunur. Seçim çətindir, Urmu gölü, yoxsa içməli su?“, – paylaşımda yazılıb.
Paylaşım Urmiya gölünün bərpa edilməməsi və illik su payının verilməməsinə bəraət qazandırmağa xidmət edir.
Qeyd edək ki, avqustun 1-dən başlayaraq Təbrizin 24 məhəlləsində içməli suyun verilişi dayandırılıb.