Site icon Aznews TV

Güney Azərbaycanda sahibkarlar elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz edirlər

Urmiya şəhərində biznes sahibləri elektrik enerjisinin olmaması səbəbindən mağazalarını bağlayıblar.

Sahibkarlar əlverişsiz iqtisadi şərait və elektrik enerjisinin tez-tez kəsilməsi nəticəsində yaranan problemlərə görə etiraza qalxıblar.

Onlar mağazalarının kirayə haqqını ödəyə bilmədikləri üçün fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Bir sıra çörək bişirmə sexləri də elektrik kəsintisi üzündən xarab olan xamırlarını çölə tökməyə məcbur olublar.

Sənaye sahəsi isə tamailə iflic vəziyyətə düşüb.

Exit mobile version