Azərbaycanİran

Güney Azərbaycanda normadan artıq yağan qar fəsadlara səbəb olub

İri sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Hadisə Təbriz-Zəncan avtomagistralının Həştrud bölgəsindən keçən hissəsində baş verib. Nəticədə 22 nəfər xəsarət alıb.

Təbriz-Mərənd və Təbriz-Səhənd magistral yollarında hərəkət bir neçə gündür yağan güclü qar səbəbindən qismən məhdudlaşıb. Əhər-Təbriz avtomobil yolu isə polis qüvvələri tərəfindən tamamilə bağlanıb. Əksər sürücülər aidiyyəti dövlət qurumlarının duz səpərək hərəkəti bərpa etməməsindən şikayətlənirlər.

Vərziqanda qeydə alınan qarın hündürlüyü 50 santimetri ötüb. Yağıntılar davam edərsə, əvvəlki 70 santimetrlik rekordun yenilənəcəyi gözlənilir.

Mahan Hava Yollarına məxsus təyyarənin pilotları qar fırtınası səbəbindən Ərdəbil hava limanına məcburi eniş həyata keçiriblər.

#GuneyAzerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button