Bu mədəni soyqırımı Güney Azərbaycan Milli Hökumətinin süqutundan bir neçə gün sonra baş verib.
Milli Hökumət devrildikdən sonra mərkəzi hökumət qoşunları Azərbaycan şəhərlərinə qırğın törətməklə yanaşı, türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başlayıblar.
Həmin gün Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olan kitabları toplayaraq məhv ediblər.
O hadisənin üstündən 79 ildən çox keçməsinə baxmayaraq, bu gün də İranda türk dili və mədəniyyətinə qarşı oxşar münasibət başqa formada davam etdirilir.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və medida istifadəsnin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 45 ildən çoxdur ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub, on milyonlarla azərbaycanlını, türkü ana dilində təhsil hüququndan məhrum edib.