Bir milyon ton alma istehsalı üçün 270 milyon kubmetr su istifadə olunmalıdır. Lakin hökumət Urmiya gölünə axan çayların qarşısında bəndlər tikərək suyun verilməsinin qarşısını alır. Nəticədə nə Urmiya gölünə su axır, nə də təsərrüfatçılar o sudan istifadə edə bilirlər.
Bəndlərə görə Urmiya gölü quruyur və nəticədə yerdə qalan duz kilometrlərlə məsafəyə səpilir, bağ və kənd təsərrüfatı məhv edilir.