Azərbaycanİran

Güney Azərbaycanda Ana Dili Günü aksiyası davam edir; Təbriz, Ərdəbil və Zənganda türkcə kitablar paylanılıb

21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanın Təbriz, Zəngan və Ərdəbil şəhərlərində məktəblilərə Azərbaycan türkcəsində kitabların paylanılması davam edib.

Təbriz, Zəngan və Ərdəbil şəhərində azərbaycanlı milli fəallar 21 fevral günü ilə bağlı çoxlu sayda çap edilmiş türkcə hekayə kitabları paylamaqla azərbaycanlı uşaqların öz dillərində oxumağına şərait yaratmağa çalışıblar.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Related Articles

Bir cavab yazın

Back to top button