Azərbaycan

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİ İRANDA BAŞ VERƏN ETİRAZLARLA BAĞLI BƏYANAT YAYIBLAR

Gnüy Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi İranda başlayan etiraz aksiyaları ilə bağlı yaydığı bəyanatda, azərbaycanlı etirazçıların türkcə şüarlar səsləndirmələri istənilib.

Böyük Azərbaycan milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xaməneyiyə!” şüarları ilə faşist fars İran rejiminin istibdadına qarşı kütləvi etirazını ortaya qoydu və aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Güney Azərbaycan coğrafiyasında milli-demokratik dövlətçilik istəyini səsləndirdi. Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi və əsasən Türk dilində səslənən milli şüarlar onu göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaqdır.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, İran rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.

Biz İşbirliyi mərkəzi olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik.

Görüşümüz axşamçağı Güney Azərbaycan şəhərlərinin meydanlarında.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)
Güney Azərbaycan  Demokrat Partiyası (GADP)
Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)
Demokratik Türk  Birliyi (GADTB)

20.9.2022

Related Articles

Bir cavab yazın

Back to top button