
Yerli rəsmilərin verdiyi məlumata görə, zəhərlənən 48 şagird xəstəxanaya köçürülüb.
Bu Güney Azərbaycanda qız şagirdlər arasında baş verən ikinci zəhərlənmə hadisəsidir.
Bundan əvvəl martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənib.
Şagirdlərdən biri Aysan Əştəri adlı yeniyetmə qızın durumunun ağır olduğu və Xomeyni xəstəxanasının reanimasiya bölməsinə yerləşdirildiyi bildirilib.
Martın 1-də SEPAH-a yaxın “Fars” xəbər agentliyi İranda şagirdlərin zəhərlənməsi ilə əlaqəli 3 nəfərin həbs edildiyini bildirib.
Bir gün sonra İran xaxili işlər naziri Əhməd Vəhidi verdiyi açıqlamada kimsənin həbs edilmədiyini və bu yöndə araşdırmalar aparıldığını deyib.