İran

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib

Güney Azərbaycanın Həmədan, Zəngan, batı Azərbaycan əyalətləri və İranın bir neçə şəhərində məhkəmə sistemi işçiləri etiraz aksiyası keçiriblər.

Məhkəmə sistemi işçiləri şəhərlərdə məhkəmə orqanları binalarınıın qarşısına toplaşıb, hökumətin əmək haqlarının qaldırılması və yaşayış şərayitlərinin yaxşılaşdırılması ilə bağlı tələblərinə əhəmiyyət verməməsinə etirazlarını bildiriblər.

Oktyabrın 25-də keçirilən aksiyalar zamanı məhkəmə işçiləri ölkədə hökm sürən təvərrüm ilə aldıqları əmək haqlarının arasında tarazlıq olmadığını bildirib, mövcud şərayitdən marazılıqlarını ifadə ediblər.

Məhkəmə işçiləri həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, onlara özəl imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının bərabərləşdirilməsini istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button