
Əsasən Güney Azərbaycanın Ərdəbil, Təbriz, Muğan, Urmiya, Xiyav, Ucan və s. şəəhərlərində azərbaycanlı fəallar uşaqlara türkcə kitablar paylamaqla ana dilinin əhəmiyyətinə diqqət çəkiblər.
Dünya Ana Dili Günü ərəfəsində müxtəlif Azərbaycan şəhərlərində, xüsusən də Türk dilində kitabların paylanması geniş hal alıb və milli fəallar, ana dilində təhsil və öyrənmənin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmağa çalışırlar.
Kitabları paylayan fəallar, ana dilinin öyrənilməsinin vacibliyini vurğulayaraq, valideynlərdən bu məsələyə daha çox diqqət yetirmələrini istəmişlər.
Qeyd edək ki, hər il azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü (21 fevral) öncəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində türk dilində kitablar paylayırlar.