Site icon Aznews TV

Güney Azərbaycanda tibb bacılarının etiraz aksiyası davam edir

Təbrizdə tibb bacılarının etiraz aksiyası keçirərək “Məclis nümayəndələri cavab verməlidir” şüarı səsləndiriblər.

Təbrizdə tibb bacıları tibb bacısı xidmətlərinin tariflərinin ödənilməməsinə, fövqəladə xüsusi, məcburi iş vaxtının həyata keçirilməməsinə və əmək haqlarının ödənilməməsinə etiraz olaraq İmam Rza xəstəxanasının qarşısında etiraz aksiyası keçirir.

Həmçinin Güney Azərbaycanın Həmədan, Ərak və s. şəhərlərində bir neçə gündür tibb bacıları etiraz aksiyası keçiri. Bir sıra İran şəhərlərində də bu istiqamətfə etirazlar davam edir.

Exit mobile version