Azərbaycanİran

Güney Azərbaycanda su ehtiyatları iki dəfə azalıb

Fars əyalətlərinə yağan misli görünməmiş qar səbəbindən ölkənin 7 bəndi daşsa da, Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin baş direktoru Məhəmməd Xani əyalətdəki bəndlərin su ehtiyatlarının 51% azaldığını bildirir.

Azərbaycanda son illərdə ən az yağışlı qış yaşanıb və bu vəziyyət vilayətin kənd təsərrüfatının su təchizatı, sənaye mərkəzləri və vətəndaşların içməli su təchizatı sahəsində bir çox problemlərlə üzləşməsinə səbəb ola bilər.

Xani bundan öncə əyalətin 700 kəndində ciddi su çatışmazlığı olduğunu, bu səbəbdən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button