Dünya

Güclü Ermənistanın olması bizə vacibdir – İran səfiri

Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Tərəflər İran və Ermənistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Səfir iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Regiondakı vəziyyətə toxunan səfir münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

“İran üçün Ermənistanın simasında güclü və iqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması çox vacibdir”, – axar.az xəbər verir ki, diplomat belə deyib.

Görüş zamanı katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button