
Bu barədə əyalətin polis rəisi Əzizullah Məliki açıqlama verib.
O, saxlanılanların sosial media vasitəsilə vətəndaşları nümayişlərə çağırdıqlarını deyib.
Məliki saxlanılanların idarə etdikləri sosial media səhifələrinin bağlandığını və özlərinin barəsində cinayət işi açıldığını bildirib.
Həbs edilənlərin kimliyi və hara aparıldıqları barədə açıqlama verilməyib.