İran

Gilanda molla bıçaqlanaraq öldürülüb

Gilan əyalətinin Lahican şəhərində 70 yaşlı molla Məhəmmədəli Ədib bıçaqlanaraq öldürülüb.

40 yaşlı şəxs “Ağa Seyyid Həsən” məscidinin cümə imamı Məhəmmədəli Ədibə 10 bıçaq zərbəsi vurub. Din xadimi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qatil həbs edilib”, – məlumatda deyilib.
Hücumçunun kimliyi və nə səbəbdən mollaya hücum etdiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, xüsusən son vaxtlar gənclərin və qadınların geyim tərzinə müdaxilə edən hökumət mollalarının döyülmə halları artıb.

Onlardan bir neçəsinin öldürülməsi başqa mollaların qorxusuna səbəb olub. Mollalar hakimiyyətdən onların təhlükəsizliyinin təmini üçün əlavə tədbirlərin görülməsini tələb ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button