“Biz İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı açıq öhdəliyimizi bir daha təsdiqləyirik. Diplomatik həll İranın nüvə proqramını məhdudlaşdırmağın ən yaxşı yoludur”, -deyə bəyanatın İranla bağlı olan hissəsində vurğulanıb.
Qeyd edək ki, bu bəyanat İran, Amerika və Avropa Birliyi nümayəndələrinin nüvə müzakirələrinin bərpası ilə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya səfər etdikləri vaxta təsadüf edib.