
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülüb.
Qeyd edək ki, idiyədək Füzuli şəhərinə 470 ailənin, yəni 1750 nəfərin daimi məskunlaşması təmin edilib.