“Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır”, – paylaşımda deyilir.
Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.
Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək. (report)