Dünya

Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının nünayəndələri Bakıda bir araya gələcək

Sentyabrın 2-3-də Fransanın neo-kolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri Bakıda bir araya gələcək.

Səfər çərçivəsində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcək, həmçinin, Nizami Kino Mərkəzində Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş “Mayot. Ölüm adası” adlı qısametrajlı filmin nümayişində iştirak edəcək.

Tədbirdə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov, filmin hazırlanmasında iştirak etmiş “CBC TV” kanalının nümayəndəsi, eləcə də qonaqlar çıxış edəcəklər.

Qeyd edək ki, “Mayot. Ölüm adası” qısa-metrajlı filmdə Qəmər Arxipelaqının çağdaş dövrdə üzləşdiyi çağırışlar və işğalın nəticələrindən bəhs edilir. Fransanın işğal etdiyi Mayot adasında yoxsulluq səviyyəsində yaşayan yerli sakinlərlə Fransadan buraya köçürülmüş zəngin fransızlar arasında həyat seəviyyəsinin fərqi filimdə aydın şəkildə göstərilib.

Tədbir sentyabrın 2-də Nizami Kino Mərkəzində keçiriləcək

Related Articles

Bir cavab yazın

Back to top button