Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.
Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, fransalı həmkarlar ittifaqı fəalı Sesil Kohler və əri Jak Perri 2022-ci ilin mayında həbs olunduqdan sonra İran Kəşfiyyat Nazirliyinin nəzarəti altında Evin zindanının 209-cu palatasında köçürülüblər.
Cütlüyü bir sıra işçi fəalları və müəllimlərlə görüşdükdən sonra həbs edən İranın təhlükəsizlik qüvvələri onları “casusluq”da ittiham edib.
Bununla yanaşı kimliyi dəqiq açıqlanmayan və yalnız adının “Olivier” olduğu deyilən başqa bir fransalı da İranda həbsdədir.
Qərb siyasətçilərinin fikrincə İran hökuməti xarici, xüsusən Qərb ölkələrinin vətəndaşlarını casusluq ittihamı ilə həbs edərək siyasi danışıqlarda tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.