“Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 “Bastion” zirehli transportyoru Ermənistana göndərilib. Bundan əlavə, hazırda istehsal olunan eyni tipli daha 26 zirehli avtomobil Ermənistana tədarük edilməlidir”, – hesabatda vurğulanıb.
Qeyd olunub ki, Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib:
“Səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.
Hesabatda 2024-cü ildə “Nexter”in yeni istehsal gücünü (istehsal ayda 2-dən 6-ya qədər qaldırılır) nəzərə alaraq, “Sezar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez tədarükü imkanlarının araşdırılması tövsiyə edilib.