“Aznews tv”xəbər verir ki, FİFA bu barədə yazıb: “FİFA-nın İranda qadınların futbol yarışlarına buraxılması ilə bağlı mövqeyi aydındır: Tarixi irəliləyişlər əldə olunub – məsələn, 2019-cu ilin oktyabrında minlərlə qadına 40 ildə ilk dəfə stadionlara buraxılmasına icazə verilib”.
“Bu yaxınlarda, yanvar ayında bəzi iranlı qadınlara yenidən FİFA-nın oyununa getməyə icazə verildi”, – deyə FİFA-nın məlumatında vurğulanıb.
FİFA sonda qeyd edib ki, İranda bu prosesin davam edəcəyinə ümid edir