Feysbuk şirkəti İranın ingilisdilli “Press TV” kanalının səhifəsini birdəfəlik bağlayıb. Bu barədə şirkətin mətbuat xidməti özəl bildiriş yayıb. Bildirişdə deyilir ki, televiziyon kanalı feysbuk sosial şəbəkəsinin prinsiplərinə zidd işlər görür. Ancaq bu işlərin nədən ibarət olması haqqında heç bir açıqlama verilməyib. Qeyd edək ki, “Press TV”nin feysbuk səhifəsi bir neçə dəfə müvəqqəti olaraq bağlanıb. Ancaq feysbuk şirkəti bu dəfə kanalın səhifəsini birdəfəlik bağlamaq qərarına gəlib. Kanalın başqanı heç bir prinsipin pozulmadığını, səhifənin bağlanmasının siyasi məsələ olduğunu bildirir.