Paniranizim düşüncəsi ortaya çıxdığından bəri heç bir zaman İran gündəmindən tamamən silinmədi. Pəhləvi zamanında otaya çıxan bu düşüncə İslam İnqilabıyla təkcə giyimini dəyişdi və Fars Milliyətçiliyinə bir də Şiəçiliyi artırdı. İslam Cumhuriyyəti 1357-ci ildə İslam dini və Şiə məzhəbini əsas alaraq siyasi rejimi dəyişdirsə də heç bir zaman Fars Milliyyətçiliyindən vaz keçmədi. Bu düşüncə özəlliklə Türklər və Ərəblərə qarşı hər zaman daha kəskin bir şəkildə gücünü qorudu. İranda millətin ümumi narazılığı artdıqcan sekular görüntülü Fars Milliyyətçiliyinin bir görəvi də muxalifəti kanalizə etmək oldu. Belə ki özəlliklə xaricdə yaşayan muxaliflərin İslam Cumhuriyyətinə qarşı çalışmaları hakimiyyətdən öncə, Fars Milliyyətçiləri tərəfindən hədəf alındı. Bu çətənin qullandığı dilə diqqət edilincə hakimiyyətlə necə organik bir bağa sahib olduqarı da ortaya çıxır. Misal üçün Tehran hakimiyyəti hətta İran qanunları çərçəvəsində haqlarını ən mədəni şəkildə istəyən Azərbaycan fəallarına “bölücü” və “Vətən xaini” kimi sözlərlə hucum edib onların əzməsini məşrulaşdırır. Ancaq özünü İslami rejimin muxalifi kimi aparan Fars Milliyətçilər çox zaman hakimiyyətdən daha sərt Türk fəallarına hücum edirlər. Təbriz və ələhvazda olan etirazlara munasibətləri bu qrupun tutumunun açıq göstəricisidir.
Son illərdə Seyyid Cavad Təbatəbayinin ətrafında məşhur olan İranşəhri düşüncəsi bu işi daha cəsur və aydın bir şəkildə görməyə başlayıbdır. Belə ki İranın özünün açıqlamaqda çətinlik çəkdiyi siyasətlərini belə İranşəhrilər rahatlıqla savunurlar. Misal üçün hazırda Tehran hakimiyyətinin hətta öz tərəfdarları içində belə Suriya siyasəti tam bir şəkildə dəstəklənmir və ciddi tənqidlər olunur. Ancaq İranşəhri düşüncəsinə mənsub olanlar İran və Fars milliyyətçiliyi adı altında bütün bölgəni qana bulayan Suriya siyasətini tam bir şəkildə dəstəkləyirlər. Üstəlik bunu bir sekular geyim adı altında etdikləri üçün İranın həm içərisində həm də xaricində gücləndirirlər. Quds qüvvəsinin keçmiş başçısı Qasım Süleymaninin ölümündən sonra İranşəhrilərin hakimiyyətlə birgə qəhramanlaşdırmaları da bu tutumu açıq bir şəkildə göstərirdi.
Ancaq Əfqanistan məsələsi Fars Milliyyətçiliyi və İranşəhri düşüncəsinin hakimiyyət xidmətində olduğunu daha açıq ortaya çıxardı. Sözdə Əfqanistan və ayrı Fars dillilərin yaşadığı ölkədərə iddiası olan İranşəhrilər günlərdir Taliban qonusunda səssiz qalıblar. Dünyanı dərindən sarsıdan bu olaylar qarşısında sekular və üstəlik Fars Milliyyətçiliyi iddiasında olanlar öz dildaşları haqqında bircə söz belə danışmadılar. keçən gün Tehran və Qumda mühacir Əfqanistanlılar Talibana qarşı etiraz etdilər ancaq çox iddiası olan bu İranşəhrilər yenə meydanda yoxuydular. Hətta normalda sosial şəbəkədə Türklərə qarşı səfərbər olanların belə indi səsi çıxmır.
Taliban dəhşətini ört bastır edən və Tehran hakimiyyəti ilə əli bir kasada olan İranşəhri düşüncəsinə mənsub olanlar əslində necə mədəniyyətə qarşı olduqlarını bir daha göstərdilər. Söz qonusu Türk düşmənliyi olunca sosial mediada gecə-gündüz yazıb pozanlar bu gün Taliban bərbərliyi qarşısında tək bir cümlə qurmur. Qarabağ savaşında var gücləriylə işğalçı Ermənistanın yanında olan Fars Milliyətçiləri bu günlərdə öz dildaşlarını Taliban qarşısında yanlız qoyub, hakimiyyətlə işbirliklərini bir daha ortaya qoydular.