Dünya

“F-16″-lar yaxın günlərdə Ukraynada ola bilər” – ABŞ Müharibə Araşdırmaları İnstitutu

Ukrayna böyük ehtimalla 2023-cü ilin sonuna qədər "F-16" qırıcılarının ilk partiyasını alacaq.

“Aznewstv” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı analitiklər xatırladıblar ki, Hollandiyanın Baş naziri Mark Rutte dekabrın 22-də Prezident Volodimir Zelenski ilə telefon danışığı zamanı Hollandiya hökumətinin ilk 18 ədəd F-16 qırıcısını Ukraynaya təhvil vermək üçün hazırlayacağını təsdiqləyib: “Rutte “F-16″-nın çatdırılma vaxtını bildirməsə də, Estoniya Müdafiə Nazirliyinin son strategiya sənədində Hollandiya, Danimarka, Norveç və Belçikanın artıq F-16-ları “ilin sonuna qədər Ukraynaya çatdırmaq öhdəliyi götürdüyü” göstərilib”.

Xatırladaq ki, dekabrın 22-də Hollandiya Ukraynaya ilk 18 ədəd “F-16” qırıcısının təhvil verilməsi üçün hazırlıqlara başlamaq qərarına gəlib. Hollandiyanın Baş naziri Mark Ruttenin sözlərinə görə, “F-16”-ların təmin edilməsi Ukraynaya hərbi dəstək haqqında sazişlərin ən mühüm elementlərindən biridir.(AzPolitika.info)

Related Articles

Bir cavab yazın

Back to top button