ANT xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Belə bir razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq”, – deyə Netanyahu bildirib.
O, qeyd edib ki, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşıdır. Netanyahunun sözlərinə görə, bu, terrorizmə görünməmiş mükafat olacaq və gələcəkdə hər hansı sülh nizamlanmasının qarşısını alacaq.