
Fələstin rəhbərliyi Amerika dəftəri tərəfindən təklif olunan İsraillə barış planından imtina edib. Məsələ ilə bağlı Amerika Xarici İşlər vəziri Mayk Pompeo məlumat verib. Amerika rəsmisi “Əl-Hadat” telekanalına verdiyi müsahibəsində ölkəsinin fələstinlilərin İsraillə barışa razılaşması yönündə mümkün addımlar atdığını dilə gətirib.
“Biz fələstinliləri İsraillə barış bağlamağa inandırmağa çalışdıq, ancaq Fələstin rəhbərliyi Vaşinqtonun planından imtina etdi”, – deyə Mayk Pompeo vurğulayıb.