Azərbaycanlı fəalların korona testinin mənfi çıxmasına baxmayaraq hələ də qərəntinədə saxlanılırlar
Azərbaycan milli-mədəni fəalları Tohid Əmirəmini və Kianuş Aslani, şəhrivərin 18-də qohumları ilə ayrı-ayrılıqda telefon təmasında korona testinin mənfi çıxmasına baxmayaraq, hələ də Evin zindanının 4 saylı qərəntin bölməsində saxlanıldıqlarını və öz bölmələrinə getməsinə mane olunduqlarını bildirdilər.
Murəxəsini bitirdikdən sonra 15 və 16 şəhrivərdə zindana qayıdan Əmir Əmini və Aslani, Evin zindanındakı qərəntinə şəraitini, korona testi vermədən yeni gələn məhbusların yoluxma ehtimalına görə təhlükəli olduğunu bildiriblər.
Bu fəallar 1 isfənd 1397-ci ildə Tehranın İnqilab meydanında Dünya Ana Dili Günü münasibətilə təbrik vərəqləri yaydıqları üçün tutulublar.
Bildirək ki, Əmirəmini və Aslani 1398-ci ilin tir ayında “İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən” milli əmniyəti pozmaq üçün toplaşma və əlbir olma” və “rejimə qarşı təbliğat” ittihamları ilə ardıcıllıqla 9 və 5 il həbs cəzasına məhkum ediliblər. Qazi Əhməd Zərgərin başçılığı ilə keçən ilin bəhmən ayında Tehran Təcdidenəzər Məhkəməsinin 36-cı şöbəsi tərəfindən Əmirəmininin cəzası 7 il 6 ay həbs cəzasına endirilib.
Nəhayət, bu məhkumluq cəzanın azaldılmasına dair yeni qanuna görə, beş il həbs cəzasına endirilib.