Azərbaycanlı alimin yoldaşı dünən onun aclıq aksiyasına toxunaraq, həyatının ciddi təhlükə altında olduğu barədə xəbərdarlıq edib.
Vida Mehrania bildirib ki, Əhmədriza Cəlalinin sağlamlıq durumu çox pisdir və aclıq aksiyasının dördüncü gününə girdiyi üçün həyatı ciddi təhlükə altındadır.
Cəlalinin həyat yoldaşı onun həbsxanadakı hədsiz arıqlamış vəziyyətini əks etdirən təsviri paylaşıb və bu şəklin aclıq aksiyasına başlaması ilə bağlı olduğunu vurğulayıb.
İranla İsveç arasında baş tutan məhbus mübadiləsindən sonra Vida Mehrania ərinin azadlığa buraxılmamasına etiraz etmişdi.
Qeyd edək ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi və siyasi qətllərin iştirakçısı Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşı ölkələrinə qaytarılıb.