Azərbaycanİran

Evin həbsxanasında həbsdə olan azərbaycanlı əmək fəalı Araş Cohari ilə danışmaq qadağan edilib

Evin həbsxanasında cəza çəkən azərbaycanlı əmək fəalı Araş Cohari əvvəlcədən xəbərdarlıq edilmədən telefon zəngləri etmək imkanından məhrum edilib.

9 sentyabr 2023-cü il şənbə günündən bu əmək fəalına telefon danışığı qadağan edilib.

Eyni zamanda, cənab Cohəri 2020-ci ilin oktyabrında həbs olunduğu vaxtdan indiyədək ki, 7 illik cəzasının təxminən üç ilini savır hələ də məzuniyyətə göndərilməyib.

Bundan öncə cənab Cohərinin anası oğlunun doğum günü ilə eyni vaxtda mediaya təqdim etdiyi video faylda, O zaman prokuror olan Əl-Qasi Mehr-in razılığına baxmayaraq, səlahiyyətlilərin oğluna məzuniyyətə çıxmasına icazə verilməsinə mane olması barədə məlumat vermişdi.

Muğandan olan əmək fəalı Araş Cohəri 5 Oktyabr 2020-ci ildə saxlanılaraq iki aydan sonra istintaq təcridxanasının təkadamlıq kamerasına köçürülüb və girov qarşlığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaq yerinə həbsxanaya göndərilib və 7 il yarımı icra edilmək üzərə 16 il həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button