İranın “4-cü” telekanalında Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı ihanətli məlumatların yayımlanmasından sonra azərbaycanlı gənclər etiraz kəmpeyni keçiriblər. Belə ki, onlar Urmuda yerləşən “Hafiz”, “Sədi” və “Firdovsi” xiyavanlarının adlarını dəyişdirərək “Füzuli xiyavanı” yazıblar. Bununla da gənclər dövlət telekanalının radikal addımına sərt etirazlarını bildiriblər.
Xatırladaq ki, “Kanal 4”də orta yüzillik Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin əsərlərində ədəbi oğurluğun olduğu qeyd edilib. Belə ki, şairin Saib Təbriziyə aid farsca şeirləri türkcəyə çevirdiyi və öz imzası ilə yaydığı vurğulanıb. Telekanalın bu qondarma iddiaları ictimai şəbəkələrdə geniş qalmaqala səbəb olub.
Qeyd edək ki, tarixi sənədlərə əsasən, Molla məhəmməd Füzuli Təbrizli Sain döğumundan 37 il öncə dünyadan köçüb. Beləliklə 4-cü telekanalda fars dili tariuxinin müəlliminin türk ədəbiyyatının parlaq siması olan qəzəl şahı Molla Məhəmməd füzuliyə qərəzli ihanəti qəbul edilməz və yersiz dir. Həkim molla məhəmməd “Füzuli” ləqəbini ona görə seçib ki, kimsə bu ləqəbi özünə seçməsin və Ədəbiyyat dünyasında “Füzuli” dən söz gedərsə fikirlər yalnız ona yönəlsin. Bir halda ki sözü gedən fars dili –tarixi müəllimi bu məsələni füzulinin başqalarının farsca şeirlərini türkcəyə çevirdi və mənimsədiyi səbəbdən onu FİZUL adlandırlb.