Blinken vurğulayıb ki, Suriya prezidenti Bəşər Əsəd hökumətinin süqutu onun etibarlı siyasi prosesdə iştirak etmək istəməməsi, həmçinin Rusiya və İranın hərbi dəstəyinə arxalanması ilə bağlıdır.
Dövlət katibi həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar Suriyanın rəhbərlik etdiyi siyasi proses vasitəsilə hakimiyyətin məsul Suriya hökumətinə sülh yolu ilə ötürülməsini dəstəkləyir.
“Bu keçid dövründə Suriya xalqının dövlət qurumlarının qorunub saxlanmasını, əsas xidmətlərin bərpasını, həssas qrupların və icmaların müdafiəsini tələb etmək hüququ var”,-Blinkin qeyd edib.
O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar gələcək hadisələri yaxından izləyəcək və Əsəd rejimi və onun tərəfdarlarını kimyəvi silahdan istifadə və qanunsuz həbslər də daxil olmaqla cinayətlər və insan haqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün bölgədəki tərəfdaşları ilə çalışacaq.