Rusiya mediası xəbər verir ki, Peskov Bəşər Əsəd rejiminin devrilməsini şərh edərkən bildirib: “Digər tərəfdən, bu ölkələr arasında fikir mübadiləsi və siyasi məsləhətləşmələr mexanizmi həmişə aktualdır. Məsləhətləşmələr bu və ya digər formada davam edəcək”.
Peskovun sözlərinə görə, indi Suriyada “sabitsizliklə bağlı çox çətin dövr” olacaq. “Burada bütün region ölkələri ilə dialoqun davam etdirilməsi vacibdir”, – o, son hadisələrdə Türkiyənin və şəxsən prezident Ərdoğanın rolu ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov Əsədin hakimiyyətinin ildırımsürətli süqutunun Kremli təəccübləndirdiyini bildirib. “Baş verənlər bütün dünyanı təəccübləndirdi, biz də istisna deyilik”, – o, əlavə edib.