Dünya

Əsəd ABŞ administrasiyası və Trampla əlaqə saxlamağa çalışıb – Bloomberg

Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.

“ANT”nın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.

Əsəd Qərbin ölkədə hərbi əməliyyatları dayandırmaq üçün müdaxiləsi müqabilində İranın dəstəklədiyi silahlı qruplarla əlaqələri kəsmək təklifi ilə Səudiyyə Ərəbistanı vasitəsilə Vaşinqtonla əlaqə saxlamağa çalışıb.

Bundan əlavə, Əsəd Macarıstanın baş naziri Viktor Orbanı müxalif qüvvələri hakimiyyəti ələ keçirəcəyi təqdirdə Suriyadakı xristianların üzləşə biləcəyi təhlükə barədə xəbərdar etməyə çalışıb. Trampla yaxşı münasibət saxlayan Orbanın bu məlumatı Amerika liderinə çatdıracağı güman edilib.

Related Articles

Bir cavab yazın

Back to top button