Bu barədə KTMT-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi manevrlərə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan hərbçilər qatılacaq.
Təlimlərdə yeni taktiki üsul və vasitələrdən, eləcə də müasir döyüş təcrübəsində istifadə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan tərəfinin 14-16 avqust tarixlərində sözü gedən təşkilatın Rusiyada təşkil olunacaq “Kobalt-2024” hərbi təlimlərinə də qatılmayacağı açıqlanıb.