az

Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb

Bu il noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

“Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb.

Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) birdəfəlik ödəniş həyata keçirib.

Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçudan ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb.

Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, – deyə o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button