AzərbaycanDünya

Ermənistanın Kirants kəndində sonuncu sərhəd dirəkləri quraşdırılıb

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb.

Bu barədə erməni telegram kanallarında məlumat yerləşdirilib. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.

Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini imzalayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button