Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Ermənistanın keçmiş ədliyyə naziri Paşinyanı tənqid edib

“Nikol xain damğasını üstündən atmaq üçün özünə bəraət qazandırır”.
Bu fikri Ermənistanın keçmiş ədliyyə vəziri Arpine Ovannisyan “Facebook” səhifəsində yazıb.
“Nikol özünü sağa və sola köpüklü hirs qusan xarici ölkə ajanslarından daha az müdafiə edir. İstəsəniz ona uğursuz, bacarıqsız, bisavad, rəvani və s. deyin. O, kefini pozmur. Qalmaq şansının olmadığını bilir. İndi məsələləri sırf tarix naminə həll edir.
Paşinyan tarixdə məğlub, uğursuzluq simgəsi olaraq qalmağı qəbul edir, ancaq xain olaraq qalmaq istəmir. İndi vəzifəsindən bu problemi həll etmək üçün istifadə edir. Olmayacaq. Heç bir nəticə verməyəcək”, – deyə sabiq vəzir qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button