
Ekofəal Əhməd Bayburdi bu haqda deyib: “20 ildən artıqdır ki, Ermənistanın sənaye müəssisələri və mədənlərinin Arazı çirkləndirməsindən yazıram. Biz indi elə bir məqama çatmışıq ki, Ermənistanın sənaye tullantılarına nəzarət etmək imkanı və qətiyyəti yoxdur. Bu işdə biliyə əsaslanan şirkətlər hərəkətə keçməlidir. Arazın Ermənistan tərəfindən çirkləndirilməsi danılmaz həqiqətdir və mümkün qədər tez nəzarət altına alınmalıdır”.
Bayburdi həmçinin deyib ki, bölgə əhalisi iqtisadi problemlərlə mübarizə apararkən Arazın çirklənməsi insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.