Brüsseldə fəaliyyət göstərən “EU Reporter” xəbər portalı bu mövzuda apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Dərc olunmuş məqalənin müəllifi Sara Miller erməni hərbçilərinin 17 min avtomat silahını itirə bilmələrinə təəccübünü gizlətməyib və hara yox olmasına dair əsas istiqamət kimi İranın adını çəkib: “Bu silahlar indi haradadır? Təbii ki, Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərini keçərək Ermənistanı tərk etməyib. Planetin istənilən yerində silah almaqda çox maraqlı olan bircə qonşu ölkə var – İran. Müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi olan Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir”.