Ermənistan dünya dövlətləri arasında ilk dəfə Rusiya tərəfindən işğal edilmiş Krım yarımadası ilə qarşılıqlı müntəzəm uçuşlar təşkil edəcək.
“RİA Novosti” xəbər verir ki, Yerevan-Simferopol aviareysləri bu ilin mart ayından başlayacaq.
Uçuşları həyata keçirəcək “İkar” aviaşirkəti artıq bununla bağlı icazə alıb.
Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir.