Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Əliriza Fərşi Tehranın böyük zindanina köçürülüb

Güney Azərbaycanlı milli mədəni fəal Əliriza Fərşi Tehranın Böyük zindanı 1-ci bəndinin 5-ci tipinə köçürülüb. Olay şəhrivərin 18-i baş verib. Bildirək ki, fəal tirin 31-dən Evin zindanında həbs müddətini yaşayıb. O, ailəsi ilə telefon danışığında Tehranın Böyük zindanının qərəntinəsində saxlanıldığını deyib. Qeyd edək ki, zindanın cəmiyyət sıxlığı, sağlamlıq cihazlarının olmaması, sağlıq qaydalarına riayət edilməməsi fəalın koronavirusa tutulma təhlükəsini artırıb. Onun aliləsinin bu durumla ilgili nigaran olduğu bildirilib. Həbsxanada cərayimlərin ayrılması prinsipinə də əməl edilmədiyi bəlli olub. Bu da öz növbəsində Fərşinin sağlamlığı ilə bağlı ailəsinin narahatlığını artırıb. Bildirək ki, mordadın 19-da 8-ci əndərzqah bəndinin məhbuslarından götürülən 17 Covid-19 testinin 12-i müsbət elam edilib. Milli fəallar Əliriza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi də mordadın 14-dən həmin bənddə saxlanılıb. Xatırladaq ki, Əliriza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi tirin 31-də Tehran şəhərində tutuqlanaraq Evin zindanına köçürülüb. Fəallar 92-ci ilin 1 isfəndində “Ana dili” mərasimində iştirak etdikləri üçün tutuqlanıblar. Onlar daha öncə Tehran məhkəməsi tərəfindən 45 il həbs və 8 il sürgün cəzasına məhkum ediliblər. Bu hökm Tehranın Təcdid Nəzər məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgü cəzasına endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button