Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Ermənilər media nümayəndələrini hədəfə alır

Ermənistan ordusu dinc əhali, şəxsi iş yerləri və dövlət binalarla yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alır. Məlumata görə, ziddi-həmlə əməliyyatının başladığı gündən cəbhə bölgəsində quzarış üçün məşğul olan yerli və xarici jurnalistlərə qarşı erməni silahlı birləşmələri tərəfindən ardıcıl və şiddətli hücumlar edilir. Son günlərdə cəbhənin müxtəlif yönlərində fəaliyyət göstərən Türkiyənin “Anadolu”, Azərbaycanın “Azərtac”, APA, Turan, ARB TV, Xəzər TV, İctimai TV, Space TV, ATV, BAKU TV kimi xəbər ajansları və televiziya qurumlarının əməkdaşları düşmənin mərmi atəşinə tuş gəliblər. Bu hücumların görüntüləri kifayət qədər video və materiallar yayılsa da, beynəlmiləl ictimaiyyət, eləcə də beynəlmiləl media qurumları baş verənlərə heç bir münasibət bildirmir.
Erməni silahlı birləşmələri tərəfindən media nümayəndələrinə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalıdır. Beynəlmiləl jurnalist təşkilatları bu vəziyyətlə bağlı real və qərəzsiz mövqe göstərməlidilər.

Related Articles

Bir cavab yazın

Back to top button