AzərbaycanBölgəİranMədəniyyət və incəsənət

Erməni vandallar azərbaycanlıların məscidlərini necə məhv edirdilər… – FOTO

Rusiya İmperiyası bölgəyə gəlməmişdən öncə müasir Ermənistan ərazisində son bir neçə əsr əsasən müsəlman xalqlar – türklər, farslar, kürdlər yaşayıb.

Aznews.tv-nin 1news.az-a istinadən verdiyi məlumata əsasən, nüfuzlu beynəlxalq resurs sayılan “İranika”-da dərc olunan məqaləyə əsasən, rus işğalından (1828) öncə, İrəvanda 9 məscid, 7 kilsə, 10 hamam və 7 böyük karvansaray fəaliyyət göstərib.

Tarixçi İ.Şopenin məlumatına əsasən, o dönəm İrəvanda 11463 adam yaşayırdı. Onlardan 7331 – müsəlman, 4132-si isə, köçürülənlər da daxil, erməni idi.

Ermənilərin kütləvi şəkildə İrandan və Osmanlı İmperiyasından Erməni bölgəsinə (1828-1849-cı illərdə mövcud olub və ermənilərin buraya köçməsini təşviq etmək üçün bu cür adlandırılıb) köçürülməsi və əksinə müsəlman əhalinin o dönəmdəki Rusiya hüdudlarını tərk etməsi bölgənin milli tərkibini dramatik şəkildə dəyişir. Lakin, demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsinə baxmayaraq, 19-cu əsrin sonlarında (1897 il) belə müsəlmanlar İrəvanda əhalinin, demək olar ki, yarısını təşkil edirdilər. Müsəlmanların əksəriyyətini azərbaycanlılar (“Azərbaycan tatarları”) təşkil edirdi.

1914-cü ildə İrəvan quberniyasında 1. 050.000 insan yaşayırdı. Onlardan 57% erməni, 36% isə azərbaycanlı idi. 30-minlik İrəvan şəhərinin əhalisinin 51% (15 500) ermənilər, 40% (11 500) isə azərbaycanlılar təşkil edirdi. (Qafqaz kalendarı – 1915 il).

Bu gün İrəvanda bir dənə Göy məscid qalıb. Onu bura gələn turistlərə dini dözümlülük və “ürəriyumşaq ermənilərin tarixi müsəlman irsinə qayğısının” nümunəsi kimi təqdim edirlər. Bu məscidi öz xərcləri sayəsində iranlılar restavrasiya ediblər. Göy məsciddən başqa İrəvan şəhərində Vardanants küçəsində qalmış ikinci məscidi isə 1990-cı illərdə vandal ermənilər buldozerlə yerlə-yeksan edirlər.

Maraqlıdır ki, hal-hazırda ermənilər Şuşada yerləşən və beynəlxalq cəmiyyətin fikrini çaşdırmaq üçün “İran mədəniyyətinin irsi – Gövhər-Ağa fars məscidini” bərpa edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində yerləşən bu məscidi elə bərbad günə salmışdılar ki, tikilinin orijinal görünüşünü arxiv materialları vasitəsi ilə bərpa etmək mümkün oldu. Artıq təəcüvlü deyil ki, ermənilərə bu işdə növbəti dəfə iranlılar yardım göstərib. İş çox idi, çünki məscidin fasadında güllə izləri olmayan yer qalmamışdı – ermənilər məscidi nişangah kimi istifadə edirdilər. Bundan başqa, məscidin içərisini insan, mal-qara və donuz nəcisindən (erməni mədəniyyətinin bariz nümunəsi) təmizləmək də xeyli vaxt aldı.

Sözsüz ki, Sovet dönəmində, hər yerdə olduğu kimi, Ermənistan ərazisində də bir çox dini məbəd məhv edilib. Lakin bu tam həqiqəti əks etdirmir.

Bu məcrada Ermənistanın Mədəniyyət Nazirliyi yanında mədəni abidələrin qorunması Agentliyinin rəhbəri A.Qriqoryanın sözləri maraq doğurur.

Onun sözlərinə görə hal-hazırda Ermənistanda 24 143 dövlət reyestrinə alınan, araşdırılan və qorunan tarixi və mədəni abidə mövcuddur və hər il onların sayı artır.

Başa düşürsünüz də, bu balaca ərazidə bu qədər mədəni abidənin olması misilsiz mədəniyyət səviyyəsinə dəlalət etməlidir.

“Ermənistan ərazisində 17-19 əsrlərə təsadüf edən müsəlman memarlıq abidələri var. Onlardan ən böyüyü İrəvanda yerlə Göy Məsciddir. Bu məbəd paytaxtda yaşayan iranlılar üçün xidmət edir. Daha bir məscid Aqarakda (İranla sərhəd bölgə) var. Yarıdağılmış vəziyyətdədir”, – deyə A.Qriqoryan bildirib.

Başqa sözlə, bu qədər mədəni abidə olan ölkədə mütəxəssisin yadına sadəcə iki misal düşür. Və qədimdə çoxlu sayda müsəlman abidəsinin məhv olması ilə bağlı məsuliyyəti ermənilərin boynundan atmaq üçün A.Qriqoryan vurğulayıb ki, əvvələr Ermənistanda çoxlu məscid və məqbər olmasına baxmayaraq, onların hamısı Sovet hakimiyyəti dönəmində dağıdılıb.

Qriqoryanın sözlərindən belə çıxır ki, Sovet dönəmində nədənsə müsəlman abidələri məhv edilirdi və ermənilərin bu torpaqların “əsl sahibi” olduğu sübut etmək üçün erməni və xristian abidələrinə toxunulmurdu.

Lakin ermənilər öz maraqlarını təmin etmək üçün vandallıqdan belə çəkinməsələr də, tarixi mənbələr orada olan mənzərəni təsvir etməyə imkan verir.

1869-ci ildə İrəvan quberniyasını təşkil edən 7 uyezddən biri – təkcə İrəvan uyezdində 60 məscid var idi. (Mənbə: Кавказский статистический комитет. Сборник свѣдѣній о Кавказѣ / Под ред. Н. Зейдлицы. Тифлис, 1879, т. 5).

1879-cu ilə məscidlərin sayı azalsa da, hələ də həddindən artıq çox idilər İrəvan uyezdində növbəti yaşayış məntəqələrində məscidlər qalmışdı: Arbat, Haçapara, Şorlu-Dəmirçi, Şorlu-Mehmandar, Donquzyan, Nəcili, Yuxarı Nəcili, Aşağı Nəcili, Sarvanlar-övliya, Qaraqışlaq, Çarbax, Ağca-qışlaq, Hacı Elyaz, Uluxanlı (3 məscid), Qaraqoyunlu, Sabunçu (2 məscid), Böyük Vedi, Avşar, Xalisə, Şıxlar; Üçmüəzzin uyezdində – Hacı-Bayram, Mehriban, Şəhriyar (4 məscid), Canfida, Kərim-arx, İğdalı, Akerak, Tos, Qaraxanlı, Tatar Zeyvəsi, Kolanı-Aralıq, Molla-Abdal, Qarğabazar, Çobanqara; Şərur-Dərələyəz uyezdində – Çivə; Yeni Bəyazid uyezdində – Hüseyn qulu Ağalı (Ağkilsə) 2 məscid.

Bu hələ tam siyahı deyil.

20-ci əsrin əvvəllərində təkcə İrəvan şəhərində, müxətəssis B.Y.Mehrabovun hazırladığı siyahlya əsasən növbəti məscidlər mövcud idi: Təpəbaşı məscidi, Şəhər Məscidi, , Sərtib məscidi, Göy məscid, Hacı Hüseyn Əli Xan məscidi, Hacı Novruz Əli Bəy məscidi, Qala məscidi, Dəmirbulaq məscidi və Hacı Cəfər Məscidi (1911).

Bizim günümüzdə isə Ermənistan ərazisində təkcə bir dənə Göy məscid durur.

Burada müasir Ermənistan ərazisində arxeoloji qazıntılar aparan amerikan arxeoloqu və tarixçisi Filipp.L.Kolun sözləri yerinə düşür:

“İstənilən demoqrafik statistikaya müraciət etsək belə, şübhəsizdir ki, bu bölgədə çoxlu sayda İslama aid abidələri mövcud olmalı İDİ. Və bu gün onların TAM OLARAQ YOXLUĞU təsadüfi ola bilməz”. (Mənbə – Nationalism, Politics and the Practice of Archaeology (Philip L. Kohl, Clare Fawcett) Cambridge Univ. press, 1995, с.155)

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button